Kateqoriyasız

Cavid Hüseynovun yeni klubunun adı müəyyənləşdi

Azərbaycan milli komandasının üzvü Cavid Hüseynov uzun müddətdir çıxış etdiyi “Qəbələ” klubunu tərk edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə məlumatı “qırmızı-qaralar” rəsmi “facebook” səhifəsi ilə yayıb. Əyalət təmsilçisi xidmətlərinə görə təcrübəli futbolçuya təşəkkür edib.

Əldə etdiyimiz məlumata görə, 31 yaşlı futbolçu karyerasını “Zirə” klubunda davam etdirəcək. Tərəflər arasında iki illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, Cavid Hüseynov karyerası ərzində “Turan Tovuz”, “Olimpik”, “İnter” (indiki “Keşlə”), “Neftçi”, “Adana Demirspor” və “Bakı” kimi komandalarda forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43