Bu gün Misli Premyer Liqasında 25-ci turun bu gün daha iki matçı keçiriləcək.
İdmanxeber.az xəbər verir ki, günün ikinci oyununda “Sabah” öz meydanında “Araz-Naxçıvan”ı sınağa çəkəcək. Hazırda Naxçıvan klubu 45 xalla turnir cədvəlində üçüncü, paytaxt təmsilçisi isə 33 xalla beşincidir.
Qeyd edək ki, tura sabah keçiriləcək bir oyunla yekun vurulacaq.
Misli Premyer Liqası
26-cı tur
4 mart
19:30. “Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”