04 İyun 2026
Ölkə futbolu

Azərbaycan – Belarus oyununun yeri və başlama saatı müəyyənləşdi

Futbol üzrə Azərbaycan millisinin Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama saatı müəyyənləşib.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda rəqibini martın 25-də “Bank Respublika Arena”da qəbul edəcək.

Qarşılaşma saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43