08 İyun 2026
Dünya futbolu

Neymar “Barselona”ya bu şərtlə qayıda bilər

Braziliyanın “Santos” klubunda çıxış edən Neymar yenidən “Barselona”ya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya təmsilçisi futbolçunun geri dönməsi variantını nəzərdən keçirəcək. Lakin bunun üçün Neymar “Santos”da idman səviyyəsini təsdiqləməlidir.

 Klub ona mövsümün sonuna qədər 15 qol vurmağı hədəf kimi qoyub. Hazırda Neymarın hesabında 7 oyunda 3 qol və 3 assist var. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43