“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az xəbər verir ki, Kristian da Silva Fil bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. Braziliyalı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Kristian karyerası ərzində Braziliyanın “Tuna Luso”, “Anapolis”, Kiprin APOEL, Rumıniyanın ÇFR, Portuqaliyanın “Nasional”, “Pasuş de Ferreyra”, “Feyrense”, “Kaza Pia” klublarında çıxış edib. Braziliyalı futbolçunun son klubu Portuqaliya “Koimbra”sı olub.
“Sabah”ın yeni transferi bu komandada 15 nömrəli formada çıxış edəcək.