UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında ötən gün “Makkabi” (Hayfa) ilə oyunda zədələnən “Sabah”ın futbolçusu Ayaz Quliyev bu gün muayinədən keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi çiynindən zədə alıb. O, bu gün MRT müayinəsindən keçəcək. Həkimlərin rəyindən sonra Quliyevin zədəsinin ciddi olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, yarımmüdafiəçi “Makkabi” ilə matçın 23-cü dəqiqəsində zədələnərk meydanı tərk etmişdi.