“Sabah” növbəti mövsümün heyətini formalaşdırmağa başlayıb.
İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi Tiemoko Fofananın müqaviləsinə xitam verib. Tərəflər qarşılıqlı razılıq əsasında yollarını ayırıb.
23 yaşlı futbolçu 2021-ci ildən “Sabah”da çıxış edir. Onun adı zədə səbəbindən cari mövsüm sifariş ərizəsinə daxil edilməyib.