Dünya futbolu

“İnter”də Lukaku bəlirsizliyi

“İnter” hücumçusu Romelu Lukaku ilə bağlı yekun qərarını verməyib.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, müqavilə ilə “Çelsi”yə məxsus olan oyunçu London klubuna qayıtmaq istəmir. Onun Milan təmsilçisindəki gələcəyi də bəlirsizdir.

“İnter” rəhbərliyi Lukaku ilə bağlı qərarını mövsümün sonunda verəcək. Komandanın Çempionlar Liqası və A Seriyasındakı performansı belçikalının da aqibətini bəlli edəcək.

Bu mövsüm hücumçu “İnter”in heyətində 26 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43