Dünya futbolu

Millimizin üzvü qol vurdu, komandası qalib gəldi

Cənubi Koreya çempionatının 9-cu turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Anton Krivostyukun formasını geyindiyi  “Tedjon Xana Sitizen” səfərdə “Çonbuk Motors” klubunun qonağı olub.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə sona çatıb. Millimizin futbolçusu Krivotsyuk da oyunun iştirakçısı olub. Əsas heyətdə meydana çıxan Anton maçtın 51-ci dəqiqəsində komandasının ilk qolunu vurub.

O, sona qədər meydanda qalıb. 

“Tedjon Xana Sitizen” 9 oyundan sonra 17 xalla 3-cü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43