Dünya futbolu

“Haland Messi və Ronaldo səviyyəsindədi” – Bernardo Silva

“Mançester Siti”nin oyunçusu Bernardo Silva yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu komanda yoldaşı Erlinq Haland barəsində xoş sözlər söyləyib. O, norveçli hücumçunun çox səviyyəli forvard olduğunu bildirib:

“Onun statistikası inanılmazdır. Oyunu Kristiano və Messinin səviyyəsidir. Ümid edirəm ki, Erlinq belə davam edəcək. Mövsümün son matçından əvvəl onun qollarına ehtiyacımız var.

O, açıq şəkildə Ronaldo ilə eyni xarakterə ​​malikdir. Haland həmişə qol vurmaq istəyir. Topa toxunduqda qol vurur. Bu, əsl hücumçudur.

Transferdən əvvəl biz Erlinqin nəyə qadir olduğunu bilirdik. Çünki o, bunu artıq bir neçə ildir Norveçdə, Avstriyada və Almaniyada edib. Onun arxasınca getdik və ona qarşı oynadıq.

Halandın bu mövsüm göstərdiyi performans inanılmazdır. Onun bizimlə olmasına sevinirik. O, bizə çox kömək edən xüsusi oyunçudur. Ümid edirəm daha da yaxşılaşar”.

Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 42 oyunda 48 qol vurub və 6 məhsuldar ötürmə edib. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43