Dünya futbolu

“Çelsi” yeni baş məşqçisini açıqlayır

“Çelsi” yeni baş məşqçisi Mauritsio Poçettinonu açıqlamağa hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu argentinalı mütəxəssislə razılığa gəlib. Artıq tərəflər arasında geniş müzakirələr başa çatıb.

Rəhbərliyin Poçettino ilə uzun müddətli müqavilə bağlayacağı bildirilir. “Zadəganlar” növbəti həftə yeni baş məşqçisini ictimaiyyətə təqdim edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43