“Sabah” Antalyada sonuncu yoxlama oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın qolunu 53-cü dəqiqədə Coy-Lens Mikels vurub.
Qeyd edək ki, “Sabah” Antalya toplanışı çərçivəsində Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” klubu ilə 1:1 hesablı heç-heçə edib.