Kateqoriyasız

“Sabah” Tiflisdə yarımfinala yüksəldi

“Sabah”ın U-12 komandası turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz qrup mərhələsində yerli “Dinamo” (Diqomi, 12:0), “Rustavi” (1:2) və “Dinamo” (Batumi, 6:0) komandaları ilə qarşılaşıb. 1/4 finalda Gürcüstanın “Qori” komandasını üstələyən (4:2) “Sabah”ın U-12 komandası yarımfinala vəsiqə qazanıb.

“Sabah” yarımfinalda Gürcüstanın “Rustavi” klubu ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək.

“Sabah”ın turnirdə keçirdiyi bütün oyunlar:

Qrup mərhələsində:

“Sabah” – “Rustavi” – 1:2
Qol: 
İlkin Bayramov.

“Dinamo” (Diqomi) – “Sabah” – 0:12
Qollar:
 İlkin Bayramov, Kəmaləddin Qəhrəmanov, Firdovsi Şeydayev (2), Nizami Nəbiyev, Nihad Hüseynzadə, Ziya Məmmədov, Süleyman Babayev, Ümid Əliyev, Altun Yusifli (2), Vaqif Məmmədov.

“Sabah” – “Dinamo” (Batumi) – 6:0
Qollar: 
Nihad Hüseynzadə, Firdovsi Şeydayev (2), Kəmaləddin Qəhrəmanov, Nizami Nəbiyev, Ziya Məmmədov.

1/4 final

“Sabah” – “Qori” – 4:2
Qollar:
 Nihad Hüseynzadə, Ömər Kosayev, Kəmaləddin Qəhrəmanov, Ziya Məmmədov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43