Kateqoriyasız

PL-də məşqçilərin intizam performansı: Cəzaya məruz qalanlar və yan keçənlər

Premyer Liqamızda ilk iki dövrə yekunlaşdı. Bununlada Premyer Liqa klubları qış fasiləsinə yollanır.

İdmanxeber.az-ın məlumatına görə, geridə qalan 14 tur ərzində sarı və qırmızı vərəqə ilə cəzalandırılan futbolçulardan başqa baş məşqçi və məşqçilər də diqqətdən qaçmadı. Hakim qərarlarına etiraz edənlər və bunun fonunda cəzalananlar da oldu, bu cəzadan yan keçənlər də.

Başa çatan ilk iki dövrədə ən çox hakim tərəfindən cəzalandırılan baş məşqçilər Sənan Qurbanov (“Keşlə”) və Rəşad Sadıqov (“Zirə”) oldu.  Qurbanovun aktivində 3 sarı və 1 qırmızı vərəqə var. Ard-arda iki tur cəzlandırılan “Keşlə”nin baş məşqçisi PL-də qırmızı alan iki baş məşqçidən biridi. “Zirə”nin uğurları üçün çalışan Rəşad Sadıqov da 3 dəfə sarı vərəqə ilə cəzalandırılıb.

Ümumilikdə isə 14 turdan sonra hakimi qəzəbləndirməyən 2 baş məşqçi var. Bunlar “Qarabağ”a rəhbərlik edən Qurban Qurbanov və “Neftçi”nin çalışdırıcısı Samir Abasovdu. Hətta bu məşqçilərin köməkçiləri belə sözügedən cəzaya məruz qalmayıb.

Ümumilikdə isə sıralama aşağıdakı kimidi:

Keşlə: baş məşqçi Sənan Qurbanov 3 sarı vərəqə+1 qırmızı vərəqə, məşqçi Kamal Quliyev1 sarı vərəqə

Zirə: baş məşqçi Rəşad Sadıqov 3 sarı vərəqə

Sumqayıt: baş məşqçi Ayxan Abbasov 2 sarı vərəqə

Səbail: baş məşqçi Aftandil Hacıyev 1 qırmızı vərəqə

Qəbələ: baş məşqçi Elmar Baxşıyev 1 sarı vərəqə, məşqçi Rasim Ramaldanov 3 sarı vərəqə

Sabah: məşqçi Vitali Kovalyov 1 sarı vərəqə

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43