Kateqoriyasız

“Sabah”dan ilk

“Sabah” tarixində ilk dəfə səfərdəki Premyer Liqa oyununda böyükhesablı qələbə qazanıb. 

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, mövsümün ilk yarısının son turuna təsadüf edib. Bakı klubu rəqib meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib. 2018-ci ildə Premyer Liqada debüt edən paytaxt klubu bunadək yalnız evdə böyük hesabla qələbə qazanmışdı. “Sabah” 46-cı səfər matçında ilk belə uğura imza atıb.

Qeyd edək ki, bu, bakılıların Premyer Liqada ümumilikdə 4-cü, mövsümdə 2-ci belə qələbəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43