Kateqoriyasız

Saşa Stamenkoviç: “Partizan”dan qisas alacağıq”

Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la cavab görüşü öncəsi  “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç UEFA-nın rəsmi saytına açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli qapıçı bu sözləri deyib:

“Hələ oyundan öncə “Partizan”ın favorit olduğunu söyləmişdim. Belqradda oyuna çox yaxşı başladıq. İki qol vurduq və bu hesabı artırmalı idik. Ancaq təəssüf ki, buna nail olmadıq. Nəticədə məğlub olduq. Lakin bu hesab bizə qrup mərhələsində oynamaq ümidi verir. Səfərdə iki qol vurub, minimal hesabla məğlub olmaq yaxşı nəticədir. Yaxşı motivasiyamız və qələbə arzumuz var. Bakıda 1:0 və ya 2:1 hesabı da bizi qane edəcək. Əsas hədəfimiz yenidən Avropa Liqasının qrup mərhələsində oynamaqdır. Bu faktdır ki, “Neftçi” heç zaman müdafiə futbolu oynamayıb. Azarkeşlərimizin güclü dəstəyi sayəsində “Partizan”dan qisas alacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43