FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb.
İdmanxeber.com-un məlumatına görə, UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında təşkil olunan UEFA Gənclər Liqası turnirinin H qrupunda noyabrın 25-də, Ukraynanın Lvov şəhərində keçiriləcək “Şaxtyor” (Donetsk, Ukrayna) – “Atletik Bilbao” (İspaniya) oyununun baş hakimi Rəhim Həsənov olacaq. Ona Yaşar Abbasov və Nahid Əliyev kömək edəcək.