Dünyadan

“Qarabağ”ın futbolçusu millimizin rəqibinə qarşı

Avro-2016-ın seçmə mərhələsinin H qrupunda Azərbaycan millisinin rəqibi olan İtaliya yığması bu gün yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, rəqibimiz Cenoa şəhərindəki “Luici Ferraris” stadionunda Albaniya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin  Albaniya millisinin şərəfini qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43