“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Emmanuel Apeh bundan sonra komandanın uğurları üçün çalışacaq. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.
Nigeriyalı futbolçu karyerası ərzində İspaniyanın “Lorka” (2016-2018), “Selta-2”, “Selta” (Viqo, 2018-2020), “Tenerife” (2020-2022) və “Alkorkon” (2021/22) klublarında oynayıb.
Manu “Sabah”da 90 nömrəli formada çıxış edəcək.