Kateqoriyasız

“Qalatasaray” transfer şousuna hazırlaşır

“Qalatasaray” klubu 3 oyunçunun transferini bitirmək üzrədir.

İdmanxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Haris Seferoviç, Leo Dubos və Florian Qrilliçlə anlaşmaya yaxındır. Mənbə bildirir ki, klub ən gec üçüncü gününə kimi futbolçuların keçidini açıqlayacaq.

Klub rəhbərliyinin üç oyunçu ilə yanaşı, daha bir neçə transfer edəcəyi də vurğulanıb. Komandanın baş məşqçisi Okan Buruk da dünən mətbuata açıqlamasında hədəflərinin geniş heyət qurmaq olduğunu bildirib.

Qeyd edək ki, “cim-bom” daha öncə Abdulkerim Bardakçı, Kazım Karabaş və Serxio Oliveiranı transfer etdiyini açıqlayıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43