Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sevilya” İspaniya La Luqasında növbəti oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda 14-cü turda səfərdə “Valyadolid”lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununlada xal ehtiyatını 27-ə çatdıran “Sevilya” 3-cü pilləyə yüksəlib.
“Valyadolid” – “Sevilya” – 0:1
Qol: Baneqa, 13-pen