Dünya futbolu

Seydu Keyta “Valensiya”ya keçdi

“Barselona”nın sabiq futbolçusu Seydu Keyta “Valensiya”ya keçib.

Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, qaradərili futbolçu bundan sonra “yarasalar” üçün çalışacaq. Müqavilənin müddəti barədə isə heç bir məlumat verilmir.

Qeyd edək ki, Keytanın sonuncu iş yeri Çinin “Dalyan Aerbin” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43