Dünyadan

Şimali İrlandiya millimizə qarşı yeni hücumçu ilə meydana çıxacaq

Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsində Azərbaycana qarşı keçiriləcək oyundan öncə yığmanın heyətində dəyişiklik edib. 
 
İdmanxeber.com-un məlumatına görə, mütəxəssis zədəsi olan yarımmüdafiəçi Stuart Dallas və hücumçu Ceymi Uordu komandadan kənarlaşdırıb. Mütəxəssis onların əvəzinə “Ross Kaunti”də forma geyinən hücumçu Liam Boysu milliyə dəvət edib. 25 yaşlı hücumçu artıq komandanın düşərgəsinə qoşulub. 
 
Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan milli komandalarını üz-üzə gətirəcək matç sabah Bakı vaxtı ilə 23:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43