22 Dekabr 2024
Ölkə futbolu

“Simurq”un kapitanı: “Sına” bilərdik”

“Simurq”un kapitanı İlkin Qırtımov “Qəbələ” üzərindəki qələbəni şərh edib.

İdmanxeber.com-a açıqlama verən əyalət klubunun kapitanı cəzalı duruma düşdüyünə görə təəssüfləndiyini bildirib:

“Qəbələ”yə qələbə dalınca gəlmişdik. Çətin oyun oldu. Oyunun ortalarında “sına” bilərdik. Onlar da qol vura bilərdi, biz də… Ancaq şükürlər olsun ki, qələbə qazandıq. Dodoya qarşı kobud oynadım və hakim mənə sarı vərəqə göstərdi. O epizodda hakimə sərt etiraz etməyim mənə göstərilən sarı vərəqəyə görə idi. Çünki bu 4-cü sarı kartım idi və mən cəzalı duruma düşdüm. Buna görə də “Qarabağ”la oyunda meydana çıxa bilməyəcəm. Halbuki çox istəyirdim komandaya kömək edim”.

Qeyd edək ki, “Simurq” “Qəbələ”i səfərdə 3:2 hesabı ilə məğlub edib. 

Vüsal Mirzəyev / Qəbələ


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43