Ölkə futbolu

“Simurq”un prezidenti: “Hakim səhvləri ucbatından “Neftçi”yə o qədər oyun uduzmuşuq ki…”

“Simurq”un prezidenti Anar Bəkirov “Qəbələ” ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Zaqtatala klubunun başçısı qələbə haqda bunları dedi:

“Simurq” bu gün çox yaxşı təsir bağışladı. Amma yenə də bəzi məqamların üzərində işləmək lazımdır. Çünki daha çox qol vura bilərdik. Milli komandanın oyunları ilə əlaqədar komandanı boş buraxmadıq, sonradan ciddi tədbirlər görüldü və bunun nəticəsi olaraq iki turdur ki, qələbə qazanırıq”.

Bəkirov daha sonra ötən tur qalib gəldikləri “Neftçi” ilə oyun haqda danışarkən paytaxt klubuna “ilişib”:

“Biz də hakim səhvləri ucbatından “Neftçi”yə o qədər oyun uduzmuşuq ki…”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43