Misli Premyer Liqasının 23-cü turu çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa bilet satışı davam edir.
İdmanxeber.az-a verilən məlumata görə, saat 19:00-da başlayacaq qarşılaşma üçün artıq 8000 bilet satılıb. Oyun saatına kimi bütün biletlərin satılması gözlənilir.
Qeyd edək ki, görüşün keçiriləcəyi “Neftçi Arena”nın tamaşaçı tutumu 11000-di.