Kateqoriyasız

“Spartak”ın Avroliqa matçı Bakıda keçirilə bilər

Rusiyanın “Spartak” (Moskva) klubu Avropa Liqasının 1/8 final mərhələsinin “Leyptsiq”lə (Almaniya) cavab matçını Bakıda keçirə bilər.

Bunu komandanın Mətbuat Xidmətinin rəhbəri Dmitri Zelenov “Championat” nəşrinə açıqlamasında bildirib. “Oyun üçün prioritet məkan Bakıdır. Biz UEFA-dan olan həmkarlarımızla bu variant üzərində işləyirik. Həftənin əvvəlində məsələ ilə bağlı bizə konkret məlumat veriləcək” – deyə Zelenob bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43