2019/2020 mövsümünün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub.
İdmanxeber.az-ın məlumatına görə, iyulun 18-dən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.
“Sumqayıt” bu gün saat 23:40-da Türkiyənin paytaxtı Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun yetirmələri avqustun 5-də 2 günlük istirahətin ardından Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək.