Kateqoriyasız

“Qarabağ”ın APOEL-lə səfər matçı canlı yayımlanacaq – DƏQİQLƏŞDİ

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” Kiprin APOEL klubu ilə qarşılşacaq.

Tərəflər arasında Nikosiyada keçiriləcək ilk görüş ölkəmizdə canlı yayımlanacaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a bildirib ki,  sözügedən qarşılaşmanı “CBC Sport” kanalı tamaşaçılara birbaşa nümayiş etdirəcək.

Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 13-də Respublika stadionunda baş tutacaq. Bu oyunu da “CBC Sport” kanlı canlı yayımlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43