08 Noyabr 2024
Kateqoriyasız

“Sumqayıt” Ankara toplanışını başa vurdu

2019/2020 mövsümünün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, iyulun 18-dən Ankaranın Kızılcahamam bölgəsində yerləşən komanda Türkiyə hazırlığını bu gün səhər saatlarında keçirdiyi bərpa məşqi ilə yekunlaşdırıb.

“Sumqayıt” bu gün saat 23:40-da Türkiyənin paytaxtı Ankaradan Bakıya yola düşəcək. Ayxan Abbasovun yetirmələri  avqustun 5-də 2 günlük istirahətin ardından Sumqayıtda çempionatın birinci turu üçün hazırlıqları bərpa edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43