“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Stiven Pereyra heyətə cəlb edilib.
28 yaşlı müdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.
“Zvolle”nin yetirməsi olan Stiven Pereyra Niderland əsilli olsa da, 2017-ci ildən Kabo-Verde yığmasına çağırılır. Onun son klubu CAR təmsilçisi “Maritzburq Yunayted” olub.
Qeyd edək ki, “Sumqayıt” buna qədər Vüsal İsgəndərlini da transfer edib.