Buna qədər Vurğun Hüseynov və Murad Ağayevlə yeni müqavilə imzalayan “Sumqayıt” Futbol Klubu daha bir futbolçunu heyətdə saxlayıb.
İdmanxeber.com-un məlumatına görə, Nodar Məmmədov “kimyaçılar”la müqavilənin müddətini daha 1 il müddətinə uzadıb.
Qeyd edək ki, Nodar Məmmədov 2014/2015 mövsümündə Premyer Liqada ümumilikdə 27 qarşılaşmada 2194 dəqiqə meydanda olub.