Dünyadan

Dünyanı şoka salan hadisə: 11 futbol fanatı edam olunacaq

2012-ci ilin fevralında oynanmış "Əl Əhli" – "Əl Məsri" matçından sonra stadionda iğtişaşlar yaratmaqda suçlanan və buna görə də əhbs olunan 11 nəfərə Misirin Port-Səid şəhərinin Ali Cinayət Məhkəməsi edam hökmü verib.

İdmanxeber.com-un məlumatına görə, işlə bağlı daha 15 nəfər 5 ildən 15 ilədək azadlıqdan məhrum olunublar. Müttəhimlərin ailə üzvləri və qohumları zala buraxılmayıblar. Onlar hökmün açıqlanmasını küçədə gözləyiblər.

Qeyd eədk ki, 2012-ci ildə baş vermiş iğtişaşlar nəticəsində Qahirədən gəlmiş 74 fanat həlak olmuş, 1200 nəfər yaralanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43