Kateqoriyasız

“Qarabağ”ın Çempionlar Liqası hazırlığı

Mövsümü “qızıl dubl”la başa vuran “Qarabağ” istirahətdədir. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunda legionerlər vətənlərinə yollansa da milli futbolçuları yığma ilə birlikdə hələ də təlim-məşq toplanışdadılar. Yeni mövsüm üçün komanda iyunun 18-də yığışacaq. Çempionlar Lİqasının II təsnifat mərhələsindən yarışa başlayacaq olan komanda təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. 

“Qarabağ” ötən il olduğu kimi bu il də Almaniya-Avstriya sərhədində yerləşən Kössendə hazırlıq keçəcək. Püşkün nəticəsindən asılı olaraq komanda ölkəyə dönüş tarixi müəyyənləşəcək. ÇL-in qeyd olunan mərhələsinin oyunları 14,15 və 21,22 İyul tarixlərində keçiriləcək. Püşkə görə komanda ilk oyunu “evdə” keçirməli olsa iyulun 8-də Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43