Dünyadan

“Barselona”da üzlər gülür: 2 illik müqavilə imzaladı

Dani Alveş karyerasını “Barselona”da davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçu “Barselona”da qalmaq qərarına gəlib.

PSJ və “Milan”ın maraq dairəsində olan sağ cinah müdafiəçisi Kataloniya klubunun yeni təklifinə “hə” deyib. Yeni müqaviləyə görə, “sambaçı” 2017-ci ilin yayına qədər “Barselona”ya məxsus olacaq.

Qeyd edək ki, Dani Alveş “Barselona”ya 2008-ci ildə “Sevilya”dan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43