Ölkə futbolu

Təmkin Xəlilzadə “Zirə”yə keçdi – Rəsmi

“Sabah” müqavilə müddəti bitən futbolçusu Təmkin Xəlilzadə ilə yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, milli komandamızın da üzvü olan 27 yaşlı yarımmüdafiəçi 2018-ci ilin dekabr ayından “Sabah”da çıxış edirdi.

***

Təmkin Xəlilzadənin yeni klubu da müəyyənləşib. O, “Zirə”də çıxış edəcək. Klubun rəsmi saytı futbolçu ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43