“Makkabi” (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi “Zirə” ilə cavab oyununu da buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, buna səbəb 35 yaşlı hücumçunun zədəsinin hələ sağalmamasıdır. Futbolçu fərdi məşqlərə başlasa da, yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Zahavi Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada da meydana çıxmayıb.
Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.