Kateqoriyasız

“Ona sahib çıxmamağa nə varki?”

“Neftçi”nin prezidenti Kamran Quliyev komandanın baş məşqçisi Laurentsiu Regekampf haqda danışıb.
İdmanxeber.az xəbər verir ki, klub prezidenti “Aris”lə oyundakı məğlubiyyətə baxmayaraq, rumıniyalı mütəxəssisə sahib çıxacaqlarını, dəstək olacaqlarını bildirib:

“Bu gün Laurentsiu Regekampfla müqaviləmizdən artıq bir ay keçdi. Regekampf çox böyük peşəkardı, yaxşı insandı. Bir həftədən çox Boluda birlikdə olduq. O, böyük peşəkardı. Bir oyuna görə heç kimi mühakimə etmək olmaz. Onun komandamıza, klubumuza verəcəyi keyfiyyəti zamanla alacağıq. Laurentsiu məşqçilik karyerasında uzun yol qət edib.

Ona sahib çıxmamağa nə varki? Tənqid etmək olar. Dəstək verməmək, 2-3 oyuna görə küsmək…Regekampfın öz fəlsəfəsini yeritmək, qurmaq üçün vaxt lazımdı. Sərəncamında gözəl futbolçular da var. İnanmaq istəyirik ki, işbirliyi fayda gətirəcək. Baş məşqçimizə sahib çıxmışıq, çıxacağıq da”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43