Kateqoriyasız

Tanınmış hücumçu “Zirə” ilə cavab matçını da buraxacaq

“Makkabi” (Tel-Əviv) klubunun yeni transferi Eran Zahavi  “Zirə” ilə cavab oyununu da buraxacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb 35 yaşlı hücumçunun zədəsinin hələ sağalmamasıdır. Futbolçu fərdi məşqlərə başlasa da, yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.

Zahavi Bakıda 3:0 hesabı ilə qalib gəldikləri ilk qarşılaşmada da meydana çıxmayıb.

Qeyd edək ki, iyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43