Kateqoriyasız

“Səbail” Gürcüstan klubuna qalib gəlib

Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” klubu növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, “dənizçilər” yerli “Qaqra” komandası ilə qarşılaşıb. Görüş Mahmud Qurbanovun baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Səbail” Gürcüstan toplanışındakı ilk sınaq oyununda Tbilisi “Dinamo”suna 0:2 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43