Fernando Torresi “Milan”a satan “Çelsi” ispaniyalı forvardın boşluğunu tez bir zamanda doldurmağa çalışır.
İdmanxeber.com-un məlumatına görə, London klubu artıq yeni hücumçu ilə güclənib. Belə ki, “zadəganlar” KPR-dən Loik Remi ilə güclənib.
“Çelsi” fransalı forvardın transferi üçün 10 milyon avro tərləməli olub. Remi ilə 4 illik müqavilə imzalanıb.