Kateqoriyasız

Vaqif Cavadov Türkiyə çempionatında qol vurdu

Türkiyə birinci liqasında ilk turun oyunları davam edir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Qaziantep" BB öz meydanında "Boluspor"la qarşılaşıb. Hərəyə bir qol vuran tərəflər 1 xalla kifayətləniblər.

Cavadov əsas heyətdə meydana çıxıb və yeni komandasında ilk qolunu vurub. 

Bu komandada çıxış edən digər həmyerlimiz Rəhman Hacıyev də əsas heyətdə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43