“Tottenhem” Pape Matar Sarrın müqaviləsini yeniləyib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 21 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2030-cu ilin yayına qədər uzadıb.
Seneqallı yarımmüdafiəçi 2021-ci ilin yayında “Metz”dən “Tottenhem”ə transfer olunub. Sarr bu mövsüm Premyer Liqada 18 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.