Kateqoriyasız

“Tottenhem”in kapitanı iddialı danışdı: “Qarabağ”ı məğlub edərək…”

“Qarabağ”ın qonağı olacaq “Tottenhem”in qapıçısı Huqo Lloris matç haqda fikirlərini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, fransalı əlcək ustası “Qarabağ”la oyunun çətin keçəcəyini bildirib:

“Bizi “Qarabağ”la çətin oyun gözləyir. Diqqət yetirsək görərik ki, “Qarabağ” doğma meydanında “Anderlext”i məğlub edib və “Monako”ya məğlub olmayıb. Buna baxmayaraq, biz səfərdə qalib gəlməyə çalışacağıq. Qrupa nəzər yetirdikdə görürük ki, hər bir komandanın şansları var. “Qarabağ”ı məğlub edib, növbəti mərhələni təmin etmək istəyirik”.

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” görüşü noyabrın 26-da saat 22:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43