25 İyun 2026
Ölkə futbolu

“Turan Tovuz” antirekordunu təkrarladı

Misli Premyer Liqasının XXVIII turunda “Qarabağ”ı qəbul edən “Turan Tovuz” antirekordunu təkrarlayıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Kurban Berdıyevin baş məşqçisi olduğu komandanın 1:4 hesabı ilə uduzması sayəsində mümkün olub.

Həmin nəticə Tovuz klubunun Premyer Liqadakı ən ağır ev məğlubiyyətinin təkrarıdır. Bunadək yalnız bir komanda səfərdə qərblilərə böyük hesabla qalib gəlmişdi. 2024-cü il aprelin 19-da “Sumqayıt” 4:1 hesablı qələbəyə sevinib.

“Turan Tovuz” həm də ev görüşündə buraxılan qol sayında antirekordunu təkrarlayıb. “Sumqayıt”dan sonra “Qarabağ” da Qərb səfərində 4 top vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43