“Kocaelispor” Ramil Şeydayevi heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az bu barədə “bolugundem.com” saytına əsasən xəbər verir. Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb.
27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb. “Kocaelispor” I Liqada 17 turdan sonra 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır.
Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.