“Səfər oyununda 1 xal qazandıq. Komanda əzmkarlıq göstərir, meydanda əlindən gələni edir. Komanda yaxşı təlim-məşq toplanışı keçib. İki oyuna 4 xal da pis deyil. Bundan sonrakı oyunlarda daha yaxşı mübarizə aparmaq lazımdır”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”la oyundan sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bildirib.
Klub rəsmisi hakimlik haqda bunları deyib:
“Hakimin daha yaxşı, ağıllı oyun idarə etməyini istəyirdik. Bizə də yaraşmaz ki, belə oyunda hakimlikdən danışaq. Bir neçə epizodda cərimə zərbəsi təyin edir. Belə şeylər hakima başucalığı gətirmir”.