Kateqoriyasız

“Xəzər Lənkəran”ı ayağa qaldıran məqam: “Bu çəki ilə hakimlik eləməzlər”

Azərbaycan Premyer Liqasının II turunun Sumqayıtda keçirilən “Sumqayıt” – “Xəzər Lənkəran” matçı qalmaqalla yadda qalıb.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandası matçın baş hakimi Elvin Əsgərovun idarəçiliyindən narazı qalıb.

“Ağ-yaşıllar”ın mətbuat xidmətinin rəhbərti Hüseyn Cəbrayıloğlunun oyunsonrası mətbuat konfransında baş  artıq Əsgərovla bağlı şikayətlərini matçın yekun protokoluna yazdıqlarını bildirib: 

“Biz artıq bilmirik nə deyək. Bugünkü oyundakı hakimlikdən çox narazı qaldıq. Belə hakimlik olmaz. Deməyə söz tapmırıq. 3 ildir ki, bu hakimin çəkisini sala bilmirlər. Bu çəki ilə hakimlik eləməzlər. Biz oyundan dərhal sonra narazılığımızı matçın yekun protokoluna bildirdik. Bu arada, matçın hakim-inspektoru tribunada bizim yaxınlığımızda əyləşmişdi. Təsəvvür edin, hakim haqqında yazdıqların qeydlər 2 səhifəni keçmişdi. Məncə, başqa sözə ehtiyac yoxdur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43