“Hakim qərəzli idi. Komandamız özünü Naxçıvanda ev sahibi kimi hiss etdi”.
Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
“Neftçi”ni məğlub edən “Xəzər Lənkəran” rəsmisi daha sonra bunları deyib:
“Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. 10 nəfərlə qalsaq da, sonacan mübarizə aparıb layiqli qələbə qazandıq. Bu nəticə çempionatdakı oyunlarımıza da təsir edəcək. Penalti epizoduna gəlincə, artıq bu il 2 dəfə oxşar hadisə olub. Ümid edirəm ki, qərəzli qərar deyildi. “Xəzər Lənkəran” ölkə futbolunun lokomotividir”.
Səxavət Qurbanov
Naxçıvan