Ölkə futbolu

Azərbaycan kubokunda 1/8 finalın cütlükləri müəyyənləşdi

Bu gün keçirilən 3 oyunla Azərbaycan kubokunun 1/8 final mərhələsinin daha 3 iştirakçısı müəyyənlşib.

“Qaradağ Lökbatan” MOİK-i 3:1, “Şuşa” və “Mil-Muğan” müvafiq olaraq “Şahdağ” və “Lokomotiv”i 4:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Bu mərhələnin son oyunu oktyabrın 30-da “Araz” Naxçıvan” və “Ağsu” komandaları arasında keçiriləcək. 1/8 finalda “Şuşa” səfərdə “İnter”lə, “Mil-Muğan” isə doğma arenada “Qəbələ” ilə qarşılaşacaq.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları 4 dekabrda baş

tutacaq.

30 oktyabr

1/16 final, 23 oktyabr

4. “Araz Naxçıvan” – “Ağsu”

1/8 final, 4 dekabr

5. “İnter” – “Şuşa”

6. “Neftçi” – “Kəpəz”

7. “Qaradağ Lökbatan” – “Rəvan”

8. “Bakı” – “Sumqayıt”

9. “Mil-Muğan” – “Qəbələ”

10. “Qarabağ” – AZAL

11. 4-cü cütün qalibi – “Simurq”

12. “Xəzər Lənkəran” – “Neftçala”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43